16 yanvar 2024 at 20:10
Jurnalist kodu: 5487
Xəbər kodu: 85356529
T T
0 Persons

Təmkinli olmağa çağıran ölkələr sionist rejimə silah verirlər

16 yanvar 2024 at 20:10
Xəbər kodu: 85356529
Təmkinli olmağa çağıran ölkələr sionist rejimə silah verirlər

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər nazirinin müşaviri ilə BMT Baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi son regional hadisələri müzakirə ediblər, Yəmənlə bağlı sülh məsələsində əldə edilən irəliləyişin yekun nəticələrə çatacağına ümidvar olduqlarını bildiriblər.

İRNA-nın xarici siyasət sahəsi üzrə bölməsinin verdiyi məlumata əsasən, BMT Baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin ölkəmizin Xarici İşlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Xaci ilə videozəngində, Yəmənlə bağlı sülh məsələsində son inkişaflar müzakirə edilib və araşdırılıb.

Bu danışıqlarda tərəflər son regional hadisələri də müzakirə ediblər, Yəmən sülh məsələsində əldə edilən irəliləyişin yekun nəticələrə çatacağına ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, bu müzakirələrdə Xaci sionist rejimin Qəzzada hərbi cinayət və soyqırımının dayandırılmasını tələb edib, bütün regional və beynəlxalq məsələlərin Fələstin məsələsindən təsirləndiyini vurğulayıb.

Xarici İşlər nazirnin xüsusi siyasi məsələlər üzrə müşaviri deyib: “Bizdən təmkin nümayiş etdirməyi istəyən ölkələr sionist rejimə silah verir və müharibəni idarə edirlər və bu addım sionist rejimin öz cinayətlərini davam etdirməsinə səbəb olub.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .